"Şamaxı" Futbol Klubunun baş məşqçisi Sənan Qurbanov dünən keçirilmiş “Qarabağ”-“Şamaxı” oyunundan sonra tutduğu vəzifədən istefa verib.
Trend xəbər verir ki, bu gün klub rəhbərliyi baş məşqçinin bu qərarını müzakirə edib və Sənan Qurbanovun istefasını qəbul edib.
Klub rəhbərliyinin digər qərarı ilə əsas komandanın baş məşqçisinin vəzifəsinin icrası Rüstəm Əliyevə, ikinci komandanın baş məşqçisinin vəzifəsinin icrası isə Rail Məlikova həvalə olunub.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir