ABŞ-dan olan iş adamı Çarli Stiliatano UEFA prezidenti Aleksander Çeferini məhkəməyə verib.
“İki sahil” xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" komandalarının iştirakı ilə beynəlxalq turnirlərin Şimali Amerikada keçirilməsinə mane olub.
Çeferin Stiliatanonun Avropa Super Liqasını yaradaraq UEFA-nı məhv etməyə çalışan klublarla əməkdaşlığına qarşı olduğunu bildirib. İş adamının vəkilləri bu mesajı təhdid kimi qiymətləndiriblər.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir