16 aprel 2022 08:29
644

APL: 23-cü tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turuna yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı saat 18:15-də Zirə İdman Kompleksinin stadionunda start götürəcək. Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli və Fərid Hacıyevdən ibarət hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada "Zirə" doğma meydanda"Səbail"i qəbul edəcək. 

Turun son oyununda "Sabah" "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq. Saat 20:30-da start götürəcək oyunu Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev və Tural Qurbanovdan ibarət hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası

23-cü tur

16 aprel (şənbə)

18:15. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.