15 aprel 2022 21:07
1316

Rafael Fiziyev UFC-də Azərbaycanı təmsil edəcək

Hazırda ölkəmizdə səfərdə olan MMA döyüşçüsü Rafael Fiziyev UFC-də Azərbaycanı təmsil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib. 

Qeyd edək ki, Fiziyev əslən azərbaycanlı olsa da, Qazaxıstanda doğulub. O, uzun müddət UFC-də Qırğızıstanı təmsil edib. Bir neçə ay öncə bu ölkədə problemlərlə qarşılaşan idmançı Qırğızıstan bayrağı altında çıxış etməkdən imtina edib.

Məlumat üçün bildirək ki, R.Fiziyev Azərbaycanın UFC-də ilk döyüşçüsü olacaq.