Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.
“İki sahil” xəbər verir ki, 48 kq çəki dərəcəsində gücünü yoxlayan yığma üzvü yarışa 1/8 final mərhələsindən qoşulub.
O, debüt görüşündə Telet Yağlı (Türkiyə) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan çempionunun qələbəsi ilə yekunlaşıb - 4:0 (30:26, 29:27, 29:27, 28:28, 29:27).
Babayev aprelin 19-da 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.
Qeyd edək ki, Avropa birinciliyinin ilk günündə milli üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir