"Çikaqo Kubs"un sahibi olan Rikketts ailəsi "Çelsi"ni almaq fikrindən daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Konsorsiumun bəyanatında deyilir ki, üzvləri London təmsilçisini almaqla bağlı sövdələşmənin yekun şərtləri üçün öz aralarında razılığa gələ bilməyiblər.
Beləliklə, indi "Çelsi"nyə sahib olmaq üçün yalnız 3 namizəd var: "Los Anceles Dodcers"in həmsahibi Todd Boeli, "Atalanta"nın həmsahibi və "Boston Seltiks"in səhmdarı Stiven Palyuki və "Filadelfiya 76ers"in menecerləri David Blitzer və Cosh Harris.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir