16 aprel 2022 00:34
1053

Astaralı karateçilərinin uğurları

Bakı şəhəri Balaxanı İdman Kompleksində Abşeron rayon Gənclər və İdman İdarəsi, eləcə IFK Kyokuşin Karate Təşkilatının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq IFK Kyokuşin Karate üzrə uşaqlar, yeniyetmələr, gənclər, böyüklər arasında keçirilən ölkə kubokunda astaralı idmançıların çıxışları daha uğurlu alınmışdır .

Belə ki, rayonu təmsil edən idmançılardan Aqşin Məmmədov, Süleyman Abbasov, Namiq Məmmədov, Məhəmmədəli Məmmədov birinci, Bayraməli Məmmədov, Cəbrayıl Rzayev ikinci və Əli Nurizadə üçüncü yerləri qazanıblar.

Onu da bildirim ki, karateçilər yarışa Astara rayon “Seiken” Kyokuşin Kenbukay Karate klubunun məşqçisi, II dan Qara kəmər ustası Azər Ağazadənin rəhbərliyi ilə qatılmışdılar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü