15 aprel 2022 16:46
862

“Yuventus” Xuan Kuadrado ilə müqaviləni yeniləyib

Futbolçuları ilə müqavilələri uzatmaq prosedurunu davam etdirən “Yuventus” Xuan Kuadrado ilə anlaşmanı da yeniləyib.

“İki sahil” xəbər verir ki, kolumbiyalı ilə yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.

Cənubi amerikalıya 2 illik müqavilə təklif olunsa da, 33 yaşlı futbolçu maaşının azaldılması ilə razılaşmayıb. Bu üzdən onunla əməkdaşlıq bir illik artırılıb.

Qeyd edək ki, 2015-ci ildən “byankoneri”nin şərəfini qoruyan Kuadrado 262 matçda 24 qol və 53 assistə imza atıb.