15 aprel 2022 15:43
708

"Real"ın futbolçusu koronavirusa yoluxdu

"Real"ın futbolçusu Dani Sebalyos koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçidən götürülən test nümunələrinin cavabları müsbət olub. 

Onun səhhəti yaxşıdır və karantinə alınıb.

Qeyd edək ki, Sebalyos 2017-ci ildən "Real"da oynayır.