15 aprel 2022 13:21
847

 Xavi: "Barselona"nın fədakarlığı kifayət etmədi

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/4 finalında "Ayntraxt"a uduzaraq (2:3) mübarizəni dayandırdıqları matç barədə danışıb.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: “Bizim fədakarlığımız kifayət etmədi. Məğlub olurduq, amma fərqi 1 topa endirə bildik. Yaxşı oynamadıq, hücumda nə etməli olduğumuzu başa düşmədik. Oyuna biz nəzarət edirdik. Lakin avrokuboklarda yol verdiyin səhvlərin əvəzini ödəməlisən. İndi gəlin diqqətimizi La Liqaya yönəldək. Uğur qazanmağa çalışdıq. Biz bunu uğursuzluq kimi qəbul etmirik. Ancaq çox məyus oldum. İndi məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır". 

Qeyd edək ki, komandalar arasındakı ilk görüş 1:1 hesabı ilə yekunlaşmışdı.