Braziliyanın əfsanəvi futbolçusu Ronaldo daha bir klub alıb.
“İki sahil” xəbər verir ki, “yekədiş” ölkəsinin “Kruzeyro” klubuna sahib olub.
O, “Kruzeyro”nun səhmlərinin 90 faizini alıb. Bu, 46 yaşlı funksionerə 70 milyon dollara başa gəlib. Braziliya təmsilçisi Ronaldonun ikinci peşəkar klubudur. O, həmçinin İspaniyada “Valyadolid”in də sahibidir.
Qeyd edək ki, Ronaldonun futbolçu karyerasında ilk peşəkar komandası “Kruzeyro” olub. O, 1993/94 mövsümündə bu klubun heyətində 57 qol vurduqdan sonra Avropa macərasına başlayıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir