15 aprel 2022 10:21
953

“Vest Hem” 46 ildən sonra avrokubokun yarımfinalına

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”u 3:0 hesabı ilə məğlub edən “Vest Hem” (ilk oyun - 1:1) yarımfinala adlayıb.

“İki sahil” xəbər verir ki, İngiltərə klubu bununla 46 illik həsrətə son qoyub.

Londonlular məhz 46 ildən sonra ilk dəfə avrokuboklarda yarımfinala yüksəlib. “Vest Hem” axırıncı dəfə 1976-cı ildə Kuboklar Kubokunda finala qədər irəliləsə də, həlledici görüşdə “Anderlext”ə məğlub olub (2:4).

Qeyd edək ki, “Vest Hem” yarımfinalda “Ayntraxt”la qarşılaşacaq. Bu mərhələnin oyunları 28 aprel və 5 may tarixlərində olacaq.