14 aprel 2022 18:16
1205

"Real"da itkilər

"Real"ın futbolçuları Ferland Mendi və Marselo komandanın bu günkü məşqini buraxıblar. 

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Sözügedən oyunçular zədələndikləri üçün hazırlıq prosesində olmayıblar. Marselo 1, Mendi isə 2 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Onlar La Liqanın 32-ci turunda "Sevilya" ilə matçda da iştirak etməyəcəklər. 

Qeyd edək ki, sözügedən oyun aprelin 17-si Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.