Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" il cavab matçında "Atletiko"nun oyununu qiymətləndirib.
"İki sahil" "Match TV"yə istinadən xəbər verir ki, o, Madrid təmsilçisini tənqid edib: “Oyunda 87-ci dəqiqəyə qədər heç nə yox Simeone "Atletiko"da istənilən futbolu darıxdırıcı edir. Amma ümumilikdə sonluq maraqlı oldu. “Mançester Siti” də uğursuzluğa düçar olmamağı düşünürdü. "Atletiko"nun futbolunu sevmirəm. Düşünürəm ki, bu cür futbolu çox az adam bəyənir".
Qeyd edək ki, "Mançester Siti" iki görüşün nəticəsində əsasən (1:0, 0:0) yarımfinala yüksəlib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir