PSJ GOAT onlayn idman ayaqqabısı şirkəti ilə əməkdaşlığa başlayıb.
"İki sahil" “Bloomberg”ə istinadən xəbər verir ki, tərəflər üç illik müqavilə üçün razılığa gəliblər. Bu əməkdaşlığa görə Paris təmsilçisi 50 milyon dollar qazanacaq. Artıq bu mövsüm PSJ yeni tərəfdaşının adını formasının qollarına yazdıracaq. Həmçinin həmin şirkət klubun stadionunda, televiziyasında və saytında reklam ediləcək.
PSJ GOAT saytında öz mağazasına sahib olan ilk komanda olacaq.
Qeyd edək ki, GOAT hər kəsin həm yeni, həm də işlənmiş idman ayaqqabılarının satıla biləcəyi onlayn platformadır.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir