14 aprel 2022 15:44
850

AFFA rəsmisi növbəti beynəlxalq təyinat alıb

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq təyinat alıb.

“İki sahil”in milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Mehtiyeva Fransanın qadınlardan ibarət "Lion" və PSJ komandaları arasında keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma aprelin 24-də keçiriləcək.