“Beşiktaş”ın futbolçusu Fransisko Montero avtomobil qəzası keçirib.
“İki sahil” DHA-ya istinadən məlumatına görə, hadisə bu gün baş verib.
Qəza zamanı ispaniyalı müdafiəçinin ailəsi də avtomobildə olub. Lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. 24 yaşlı futbolçu oradan məşqə qatılmaq üçün birbaşa klubun bazasına yollanıb.
Qeyd edək ki, Fransisko Montero 2020-ci ildən “Beşiktaş”da çıxış edir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir