14 aprel 2022 08:08
1155

AL: Bu gün yarımfinalçılar bilinəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

Gecənin ilk matçı İtaliyada "Atalanta" və Almaniya "Leyptsiq"i arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib.

İspaniya "Barselona" evdə Almaniyanın "Ayntraxt" klubunu qəbul edəcək. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınıb.

İngiltərə "Vest Hem"i Fransada "Lion"un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb. Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıb.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1