UEFA 2022/2023 mövsümündə Millətlər Liqasının final mərhələsinin oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin adlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, Belçika, Polşa, Niderland və Uels həlledici qarşılaşmaları qəbul etmək üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb.
Yekun ərizələr bu il oktyabrın 5-dək UEFA-ya təqdim olunmalıdır.
Qeyd edək ki, final görüşünə ev sahibliyi edəcək ölkənin adına 2023-cü ilin yanvarında aydınlıq gələcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir