Qazaxıstan "Turan"ında çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov klubdan ayrılıb.
“İki sahil” xəbər verir ki, bu haqda Türküstan təmsilçisindən məlumat verilib.
O, uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilən Vladimir Qazzayevin gedişindən sonra klubda qalmaq istəməyib.
Qeyd edək ki, Vaqif Cavadov Qazzayevin məşqçilər korpusunda yer alırdı.
Azərbaycan millisinin qapıçısı Emil Balayev də hazırda "Turan" klubunda çıxış edir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir