13 aprel 2022 15:15
1167

Naqelsmann: Bilmirəm, məni nə gözləyir

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında ümumi hesabda "Vilyarreal"a uduzaraq turniri tərk etmələri barədə danışıb. 

“İki sahil” xəbər verir ki, mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Bavariya" üçün həmişə minimum hədəfdir. Bu məğlubiyyətdən sonra məni nə gözlədiyini bilmirəm. Nəticədən qorxmuram. Çünki həyatda daha pis şeylər var".

Qeyd edək ki, Münhen təmsilçisi rəqibinə uduzaraq (1:1, 0:1) mübarizəni dayandırıb.