13 aprel 2022 14:27
1028

Fərid Qayıbov Rafel Fizievi qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafel Fizievi qəbul edib.

“İki sahil” xəbər verir ki,  Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.