"Çelsi"nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Real"la cavab matçının (3:2) hakimlərini tənqid edib.
"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, oyunun polşalı hakimi Şimon Marçinyak final fitindən sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə bir neçə dəqiqə danışıb, gülüblər. Tuhel isə məsələ ilə bağlı görüşdən sonra keçirilən mətbuat konfransında deyib: “Hakimin həmkarım Karlo Ançelotti ilə əla vaxt keçirməsi məni məyus etdi. Bilirəm ki, Karlo Ançelotti centlmen və gözəl insandır, amma matça görə hakimə təşəkkür etmək istəyəndə onun rəqibin məşqçisi ilə bərabər qəhqəhə çəkərək güldüyünü gördüm. Düşünürəm ki, final fitindən - bir komandanın bütün ürəyini verdiyi, son damla qanına qədər mübarizə apardığı 126 dəqiqəlik matçdan sonra bunu etmək çox, çox yersiz bir məqamdır. Ondan sonra gedib görürsən ki, hakim başqa məşqçi ilə gülüb-gülür. Düşünürəm ki, bu hərəkət səhv zamanda edilib. Mən bu barədə ona dedim”.
Qeyd edək ki, "Çelsi" ötən gün "Real"a 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə 1:3 hesabı ilə uduzduğu üçün turnirdə mübarizəni dayandırıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir