13 aprel 2022 11:13
800

AFFA prezidenti Qurban Qurbanovu təbrik edib

Bu gün – aprelin 13-də “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.

“İki sahil” xəbər verir ki, bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qubanovla görüşüb.

AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.