Danimarka millisinin və "Milan"ın futbolçusu Simon Kerin adı İtaliya Futbol Şöhrət Zalına daxil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müdafiəçi Danimarka millisindəki komanda yoldaşı Kristian Eriksenin həyatını xilas etdiyinə görə "Davide Astori" mükafatını alıb.
Qeyd edək ki, Danimarka millisinin futbolçusu Eriksen iyunun 12-si Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda huşunu itirərək, yerə yıxılıb. Futbolçuya ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və millinin həkimləri edib. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir