Fil dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqba ölkənin futbol federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Africa News" məlumat yayıb.
"Federasiyasının prezidenti vəzifəsinə namizədlərin qəbulu başa çatıb. Altı namizəd qeydə alınıb. Bunlar Yatte Ellele Jan-Batist, Arnaud Aka, Loran Kouaku, İdris Diallo, Sori Diabate və Didye Droqbadır” - deyə federasiyadan bildirilib.
Qeyd edək ki, seçkilər aprelin 23-də keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir