12 aprel 2022 15:09
1000

Millimiz Danimarkaya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığmamız E qrupunda lider Danimarka ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq matçı portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Danimarka hazırda 18 xalla 1-ci, Azərbaycan 3 xalla sonuncu-6-cı pillədə qərarlaşıb.

12 aprel

20:00 Danimarka – Azərbaycan

Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta (hamısı Portuqaliya)
Viborq