12 aprel 2022 12:50
642

Çempionlar Liqasından imtina etdilər

Asiya Çempionlar Liqasında Çini təmsil edən "Şanghai Port" turnirdən imtina edib.

"İki sahil" Asiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna klubun təmsil etdiyi şəhərə koronavirus səbəbindən tətbiq olunan karantin səbəb olub.

Beləliklə, "Şanghai Port" koronavirusa görə turnirdə oynaya bilməyəcək 2-ci Çin təmsilçisi olub. Bundan əvvəl  "Çangçun Yatai" eyni səbəbdən bu addımı atmışdı.

Qeyd edək ki, "Şanghai Port" 2017-ci ildə ÇL-də yarıfinala qədər yüksəlib.