“Qalatasaray” baş məşqçisi Domenek Torrenlə yollarını ayırmaq istəyir.
“İki sahil” xəbər verir ki, Türkiyə klubunda prezidentliyə namizədlər Metin Öztürk və Eşref Hamamcıoğlu ispaniyalı mütəxəssisi postunda saxlamaqda maraqlı deyil.
Lakin hər iki futbol funksioneri üçün klubun maddi durumu daha önəmlidir. Bu üzdən onlar Torrenə təzminat ödəmədən onunla vidalaşmağın yollarını axtaracaq. Həm Öztürk, həm də Hamamcıoğlu prezident seçiləcəyi təqdirdə, baş məşqçidən özünün istefa verməsini istəyəcək. Torren buna razı olmasa, daha bir il postunda saxlanılması gündəmə gələcək. Müqavilə müddəti gələn ilin yayına qədər olan Torren yayda istefaya göndərilsə, 1,5 milyon avro təzminat alacaq.
Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri aprelin 30-da keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir