“Liverpul”un hücumçusu Divok Oriqinin yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 26 yaşlı forvard mövsümün sonunda “Milan”a keçəcək.
Belçika millisinin üzvü İtaliya klubuna azad agent kimi yollanacaq. Tərəflər müqavilənin bütün şərtlərini artıq razılaşdırıblar. İlkin anlaşmaya əsasən, forvard yeni komandası ilə 3+1 illik müqavilə imzalayacaq. Onun illik məvacibi isə 3,5 milyon avro olacaq.
Qeyd edək ki, Oriqi bu mövsüm mersisaydlıların heyətində 14 oyunda 5 qol vurub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir