UEFA İspaniyada "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klubları arasında keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün azarkeş sayına məhdudiyyət qoyub.
“İki sahil” Avropa futbol qurumu bu məqsədlə görüşün baş tutacağı "Vanda Metropolitano" stadionunda tribunaların qismən bağlanmasına qərar verib.
UEFA bu addımı Mançesterdəki ilk qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında baş vermiş insident səbəbindən atıb. Həmin görüşdə "şəhərlilər" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Atletiko" - "Mançester Siti" oyunu aprelin 13-də keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir