"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt bu ilin oktyabrında boksda gücünü sınayacaq.
"İki sahil" "The Telegraph"a istinadən xəbər verir ki, veteran hücumçu kikboksçu Riko Verhuvenin təşkilatçılığı ilə keçirilən "Hit It" turnirində iştirak edəcək. Onun rəqibi hələlik məlum deyil.
41 yaşlı veteran futbolçu bu barədə açıqlamasında deyib: "Əlbəttə, mən futboldan gəlmişəm və yarış ab-havası üçün darıxmışam. Bu qarşılaşma Niderland millisinin heyətində çıxdığım matça bənzəyəcək: üzərimdə diqqət, daxilimdə xoş təlaş... İlk dəfə başqa idman növündə güc sınamaq mənim üçün böyük imtahan olacaq. Qarşıdakı aylarda bütün diqqətimi məşqlərə yönəltməyi planlaşdırıram. Səylə çalışacağam".
Qeyd edək ki, Niderland millisində 102 oyun keçirən Küyt "Feyenoord", "Liverpul" və "Fənərbaxça" kimi klublarda oynayıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir