Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski “Barselona”ya keçməyə yaxındır.
"İki sahil"in “TVP Sport”a istinadən məlumatına görə, hücumçu İspaniya klubu ilə 3 illik müqavilə barədə razılıq əldə edib.
33 yaşlı hücumçu Almaniya klubunu müqaviləsini uzatmayacağı ilə bağlı məlumatlandırıb. Münhen təmsilçisi anlaşması 2023-cü ildə başa çatacaq oyunçunu satmalı olacaq.
Almaniyalılar onun keçidi üçün 65 milyon avro tələb edir. “Barselona” bu rəqəmi futbolçularından bir neçəsini “Bavariyaya verməklə azalda bilər.
Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada 29 oyunda 32 qol vurub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir