11 aprel 2022 17:06
751

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.

Öncə “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. Ardınca paytaxt derbisində “Zirə” və “Neftçi” üz-üzə gələcək. Görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu