11 aprel 2022 16:51
887

"Benfika"nın yeni baş məşqçisi bilindi

PSV-nin baş məşqçisi Rocer Şmidt növbəti mövsümdən Portuqaliyada çalışacaq.

"İki sahil" Bild-ə istinadən xəbər verir ki, “Benfika” almaniyalı mütəxəssislə razılığa gəlib. Onunla 2024-cü ilin iyununa qədər müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, ​55 yaşlı mütəxəssis fevral ayında verdiyi açıqlamada mövsümün sonunda PSV-dən ayrılacağını bildirmişdi. O,  2020-ci ildən Eyndhoven klubunu çalışdırır.