11 aprel 2022 16:21
1392

Avropa Badminton Birliyinin növbəti Konqresi paytaxtımızda keçiriləcək

Maltanın Valletta şəhərində Avropa Badminton Birliyinin Konqresi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və vitse-prezidenti Aynur Səmədova da iştirak ediblər.

Tədbirin qala gecəsindən sonra növbəti ilin konqresinin Bakıda keçirilmə təklifi yetkinliklə qəbul edilib və “BAKU 2023 BEC CONGRESS” estafeti T. Ziyadova təqdim edilib.