11 aprel 2022 15:55
13514

Abramoviç bu İspaniya klubunu alır

“Çelsi” klubunun keçmiş prezidenti Roman Abramoviçin adı İspaniyanin “Valensiya” klubu ilə hallanır

“İki sahil” xəbər verir ki,  müharibə səbəbi ilə sanksiyalara məruz qalan Abramoviç “Çelsi” klubunu satdıqdan sonra özünə yeni klub almaq istəyindən əl çəkmir. 

Bu dəfə isə onun “Valensiya” klubu ilə maraqlandığı ortaya çıxıb.

Klubun sahibi Piter Lim maliyyə problemləri yaşadığı və klubu satmaq istədiyi üçün Abramoviçin ona ilkin təklif göndərməsi barədə məlumat mediaya sızdırıb.

Xatırladaq ki Roman Abramoviçin adı Türkiyənin “Göztəpə” klubu ilə də hallanır.