"Roma"nın baş məşqçisi Joze Mourinyo "Salernitana" komandasından üzr istəyib.
“İki sahil” xəbər verir ki, buna səbəb mütəxəssisin köməkçilərindən birinin "Salernitana"nı lağa qoymaraq onların aşağı diviziona düşəcəyini deməsi olub. Mourinyo isə deyib: "Düzünü deyəcəyəm, biz bəzi klublar və polislər kimi yalançı deyilik. Mən üzr istədim. Biz mədəni insanlarıq. Meydançada baş verənlər elə orada da qalır. Hər halda 45 dəqiqə sonra kimsə birinin üzünə yumruq vurmaq üçün çöldə gözləməz".
Qeyd edək ki, "Roma" ötən gün "Salernitana"nı 2:1 hesabı ilə məğlub edib.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir