10 aprel 2022 21:04
1067

Rusiya millisi İranla oynamaq istəyir

Futbol üzrə Rusiya millisi İranla beynəlalq yoldaşlıq oyunu keçirə bilər.

“İki sahil” xəbər verir ki, qarşılaşma iyunun 2-nə planlaşdırılır.

Lakin əvvəlcə bu matçla bağlı FIFA-dan icazə alınmalıdır. Çünki həm ali futbol qurumu, həm də UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmasının və klublarının öz bayraqları altında keçirilən turnirlərdə iştirakına qadağa qoyub.

Qeyd edək ki, İran millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.