Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
“İki sahil” xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" də var.
Aktivində 129 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 2 pillə irəliləyərək, 106-cı yerə yüksəliblər. Niderlandın "Vitess", Argentinanın "Veles Sarsfild" və Ekvadorun "LDU Kito" klubları da eyni xala malikdir.
"Ağ-qaralar" isə 81,5 xalla 106-cı yerdən 107-ci sıraya geriləyib. Tunisin "Sfaksyen", Kot d İvuarın "ASES Mimozas" və ABŞ-ın "Filadelfiya Yunion" komandalarının da eyni xalı var.
Siyahıya 312 xalla İngiltərənin "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (288) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.
Qeyd edək ki, IFFHS-in reytinq siyahısında əvvəllər 200 klub yer alıb.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir