Robin van Persi “Ayaks”ın baş məşqçisi Erik Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted”də işləmək fürsətindən imtina edib .
“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, “Mançester Yunayted”in yeni baş məşqçisi vəzifəsinə əsas namizəd olan Haq van Persini heyətində görmək istəyir. "Qırmızı şeytanlar"ın sabiq futbolçusu köməkçi məşqçi vəzifəsini tutduğu “Feyenoord”dakı işindən razı qaldığı üçün bu təklifdən imtina edib.
Xatırladaq ki, van Persi 2012-2015-ci illərdə “Mançester Yunayted”də çıxış edib.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir