10 aprel 2022 13:06
888

Azarkeşlər Beyli fitə basdılar

"Real"ın futbolçusu Qaret Beyl azarkeşlərin xoşagəlməz davranışı ilə üzləşib.

"İki sahil" "AS"a istinadən xəbər verir ki, La Liqanın 31-ci turunda "Xetafe" ilə ev  matçının (2:0) 74-cü dəqiqəsində Kərim Benzemanın əvəzinə meydana daxilan olan uelsli hücumçunu "Santyaqo Bernabeu"da azarkeşlər fitə basıblar.

Beyl 24 iyun 2020-ci ildən bəri ilk dəfə "Real"ın stadionunda oynayıb və qol vurmayıb.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2020/2021 mövsümünü icarə əsasında "Tottenhem"də keçirib.