9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.
“İki sahil” xəbər verir ki, kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Toplam 167 kq (80+97) nəticə olə Dəniz Cabbarlı ikinci, toplam 165 kq (80+85) nəticə ilə Ramiz Kərimov üçüncü pillədə qərarlaşıblar.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir