10 aprel 2022 10:25
1177

İngiltərə Premyer Liqasında liderlik oyunu keçiriləcək

Bu gün İngiltərə Premyer Liqasında 32-ci turun mərkəzi oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, ölkə çempionatının lideri "Mançester Siti" cəmi 1 xal qabaqladığı ən yaxın izləyicisi "Liverpul"u qəbul edəcək. Liderlik oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 73 xalla 1-ci, "Liverpul" 72 xalla 2-cidir.

10 aprel

19:30. "Mançester Siti" - "Liverpul"

Baş hakim: Entoni Teylor

"Etihad" stadionu