Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.
“İki sahil” xəbər verir ki, Federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib. Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif oğlu Məmmədov İK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:
1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti
2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü
Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir