09 aprel 2022 19:28
1423

“Kəpəz” və “Turan Tovuz” Premyer Liqada iştirak etmək istəyir

Növbəti mövsüm Premyer Liqada iştirakla bağlı AFFA-nın Lisenziyalaşdırma Komitəsinə 2 klub müraciət edib.

“İki sahil” xəbər verir ki, bu haqda jurnalistlərə Şamaxıda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu müraciətlər “Kəpəz” və “Turan Tovuz”dan daxil olub.

Birinci divizionun digər bölgə təmsilçisi “Zaqatala”ya gəlincə, E.Məmmədov bildirib: “Hər klub müstəqildir və müraciət edə bilər. Lakin "Zaqatala" klubu müraciət etməyib”.