Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
“İki sahil” xəbər verir ki, “Zirə” “Sabah”ın qonağı olub.
Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov və Nicat İsmayıllıdan ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın 40-cı dəqiqəsində “Sabah”ın futbolçusu Zurab Oçiqava hesabı açıb. 48-ci dəqiqədə “Zirə”nin oyunçusu Hamidu Keyta hesabı bərabərləşdirsə də (1-1) Coy Lens-Mikels 58-ci dəqiqədə meydan sahiblərini yenidən önə çıxarıb – 2-1. 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodrigez oyunda son nöqtəni qoyub – 3-1.
Azərbaycan Premyer Liqası
22-ci tur tur
9 aprel (şənbə)
17:00. “Sabah” 3–1 “Zirə”
Qollar: Zurab Oçiqava, 40 (1:0), Hamidu Keyta 48 (1:1), Coy Lens-Mikels, 58 (2:1), Xulio Sezar Rodrigez, 90+5 (3:1)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Bank Respublika Arena
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir