09 aprel 2022 16:16
880

“Neftçi” Şamaxıdan qələbə ilə qayıdır

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

“İki sahil” xəbər verir ki, turun açılış oyununda “Keşlə”nin hüquqi varisi olab “Şamaxı” doğma meydanda ilk matçına çıxıb.

30 ildən sonra çempionatda iştirak edən Şamaxının eyniadlı klubu Bakının “Neftçi” komandasını qəbul edib.

Saat 14:00-da Şamaxı şəhər stadionunda start götürən qarşılaşmanı Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov və Kamal Umudludan ibarət hakimlər briqadası iradə edib.

Görüşün 10-cu dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirən Rəhman Hacıyev meydan sahiblərinin yeni adla çıxış edən “Şamaxı”nın ilə ilk qolunun müəllifi olub – 1-0.

Matçın 60-cı dəqiqəsində İsmayıl Zülfüqarlının ötürməsini dəqiq baş zərbəsi ilə qapı xəttindən keçirən Tiaqo Bezerra hesabı bərabərləşdirib – 1-1.

Qarşılaşmada son nöqtəni “Neftçi”nin futbolçusu Ramon Maçado 72-ci dəqiqədə vurduğu qolla qoyub.

Bakı təmsilçisi Şamaxı səfərindən qələbə ilə qayıdıb.

Azərbaycan Premyer Liqası 
22-ci tur tur
9 aprel (şənbə)

 

14:00. “Şamaxı” 1–2 “Neftçi”

Qol: Rəhman Hacıyev, 10 (1:0), Tiaqo Bezerra, 60 (1:1), Ramon Maçado, 72 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Şamaxı şəhər stadionu.