Qəbul cədvəlinə müvafiq olaraq, gənclər və idman naziri Fərid Qayıbov aprelin 8-də Naftalan şəhərində Naftalan şəhərindən, Xocalı və Goranboy rayonlarndan olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
“İki sahil” xəbər verir ki, Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov hər bir vətəndaşı diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir