İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Luis Suares karyerasını Türkiyədə davam etdirə bilər.
“İki sahil” AS nəşrinə istinadla xəbər verir ki, 35 yaşlı uruqvaylı hücumçu ilə "Fənərbağça" və "Beşiktaş" klubları maraqlanır. Onlar təcrübəli forvardın ətrafı ilə təmaslara keçiblər. Hazırda "sarı-lacivərdlilər" Superliqada 3-cü, "Beşiktaş" isə 8-ci yerdə gedir.
Qeyd edək ki, Luis Suares "Atletiko"ya 2020-ci ildə "Barselona"dan 7 milyon avroya keçib. Cari mövsümdə o, La Liqada 29 oyuna 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Suaresin Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir